Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib
Far.Az xəbər saytı

Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib


ABŞ-nin Müharibə Nazirliyi İrana qarşı müharibə zamanı Amerikanın Yaxın Şərqdə zərər çəkmiş bir sıra bazalarından qoşunların çıxarılma ehtimalını nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə nazirliyin rəhbəri Pit Heqset Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərə bildirib.

"Bu qərar ABŞ prezidenti Donald Tramp tərəfindən onun hansı istiqamətə hərəkət etmək istəyinə əsasən veriləcək. Biz regiondakı tərəfdaşlığımızla əlaqələri yaxşı qiymətəndiririk. Bu qərarlar nəticəyə əsasən veriləcək", - Heqset bölgədəki bəzi bazaların bərpasından imtina etmək və qoşunların oradan çıxarılması ehtimalını şərh edərkən aydınlaşdırıb.

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ qoşunları hazırda mövqe tutur və İran münaqişənin nizamlanması üzrə sazişi rədd edərsə, hərbi əməliyyatlara yenidən başlamağa hazırdır. Bununla belə, o, Tehranın ABŞ ilə danışıqlar zamanı nüvə ambisiyalarından imtina edəcəyinə əminliyini bildirib.

"Prezident gələcəkdə bu qərarları hadisələrin necə cərəyan edəcəyinə əsasən verməli olacaq, amma əminəm ki, Amerika xalqının maraqlarına uyğun bir razılığa gələcəyik", - Heqset vurğulayıb.

Oxşar xəbərlər

Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər