Leyla Əliyevadan fermer qadına incə davranış
Far.Az xəbər saytı

Leyla Əliyevadan fermer qadına incə davranış


Fermer Rəftarə Şükürova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

Far.Az xəbər verir ki, R.Şükürova bu barədə "İnstagram" hesabında yazıb.

O bildirib ki, L.Əliyeva Lənkərana, "Citrus Valley"ə səfəri zamanı yeriməkdə çətinlik çəkdiyini gördükdən sonra ona qolf maşını hədiyyə edib.

"62 yaşımda sükan arxasına oturdum. Bu o deməkdir ki, heç nə üçün gec deyil! Bu o deməkdir ki, insan onun qayğısına qalan, ona diqqət göstərən insanlar olduqca cavanlaşır, özündə yeni güc və enerji tapır.

Əzizim Leyla xanım Əliyeva bağımıza son səfəri zamanı yaşımı və ayaqlarımla bağlı yaşadığım çətinlikləri nəzərə alaraq, bağda rahat hərəkət edə bilməməyimdən narahatlığını ifadə etmişdi. Bu qədər diqqət, bu qədər həssaslıq və incəlik...

Bu gün Leyla xanımın hədiyyəsi mənə çatdırıldı. Bu diqqət mənim üçün sadəcə bir hədiyyə deyil. Bu, daha böyük işlər görməyə həvəs, daha çox qadına nümunə olmağa stimul va insanın zəhmətinin qiymətləndirildiyini hiss etməsinin verdiyi gözəl duyğudur.

Səmimi diqqətinə va qayğısına görə minnətdaram", - o vurğulayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər