"Aysberqin görünən tərəfi" - "İdeal həyat" paylaşımları yeniyetmələri tələyə salır
Müasir dövrdə sosial şəbəkələr böyüklərlə yanaşı, uşaq və yeniyetmələrin də gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar bu platformalar vasitəsilə dostları ilə ünsiyyət qurur, məlumat əldə edir və asudə vaxtlarını keçirirlər. Ancaq sosial şəbəkələrin təqdim etdiyi imkanlarla bərabər, azyaşlılar üçün müxtəlif ciddi təhlükələr də mövcuddur. Bu təhlükələrin vaxtında müəyyən edilməsi və qarşısının alınmasında isə həm valideynlər, həm də cəmiyyət məsuliyyət daşıyırlar.
Far.Az xəbər verir ki, mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, uşaqlar oyun zamanı tanımadıqları insanlarla ünsiyyət quraraq şəxsi məlumatlarını, fotoşəkillərini paylaşır və ya yaşadıqları yer barədə məlumat verirlər:
"Bu məlumatlar sonradan kibertəqib, şantaj, sosial mühəndislik hücumları və digər təhlükəli məqsədlər üçün istifadə oluna bilər".
Mütəxəssislər artıq həyəcan təbili çalırlar. Sosial şəbəkələrdə nifrət məzmunlu və aqressiv oyunlar uşaqların davranışına, psixologiyasına çox mənfi təsir göstərir.
Sosial məsələlər üzrə ekspert Üzeyir Şəfiyev isə internet resursları vasitəsilə yayılan yad təsirlərin və xarici ölkələrə məxsus bəzi mənfi "trend"lərin (bullinqlərin) sosial şəbəkələr üzərindən Azərbaycan məktəblilərinə də sirayət etdiyini diqqətə çatdırıb:
"Azərbaycanda uşaq və yeniyetmələr arasında baş verən cinayət hadisələrini təhlil edərkən görürük ki, cinayətlərin etiologiyasında və xarakterində dəyişiklik var. Azərbaycan cəmiyyətinə xarakterik olmayan, məhz Avropadan, Qərbdən gələn bəzi cinayət əməlləri bizim uşaq və yeniyetmələrə mənfi təsir göstərir.
Digər tərəfdən, sosial şəbəkələrdə nümayiş etdirilən "ideal həyat" görüntüləri yeniyetmələrdə özünü başqaları ilə müqayisə etmə hallarına səbəb olur. Onlar bu paylaşımlara baxıb öz həyatlarını o şəkildə dizayn etmək istəyirlər. Ancaq unudurlar ki, orada olan paylaşımlar aysberqin sadəcə görünən tərəfidir; görünməyən tərəfdə isə bəlkə də acınacaqlı həyatlar var. Bu mövzu da birbaşa valideynlərin üzərinə böyük məsuliyyət qoyur".
Oxşar xəbərlər
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Elşad Quliyev: "Turnir bizim üçün bundan sonra başlayır"













