Maltadakı seçkilərdə Leyboristlər Partiyası qələbə qazanıb
Far.Az xəbər saytı

Maltadakı seçkilərdə Leyboristlər Partiyası qələbə qazanıb


Maltanın Baş naziri Robert Abelanın lideri olduğu hakim Leyborist Partiyası parlament seçkilərində qalib gələrək hökumətin formalaşdırılması üçün ardıcıl dördüncü mandatı əldə edib.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, R. Abela partiyanın "güclü mandat" qazandığını bəyan edib.

"Bu, bütün xalqın qələbəsidir və vətəndaşlar üçün təqdim etdiyimiz proqrama əsaslanır", – o, jurnalistlərə deyib.

Yerli medianın məlumatına görə, Leyborist Partiyası parlamentdə çoxluğu təmin edib.

Müxalifət Milli Partiyasının baş katibi Çarlz Bonello məğlubiyyəti etiraf edərək qeyd edib ki, hakim partiya ilə səs fərqi əhəmiyyətli dərəcədə azaldılıb.

Seçkilərdə iştirak 87,4% təşkil edib ki, bu da əvvəlki səsvermə göstəricisindən bir qədər yüksəkdir.

R. Abelanın bazar ertəsi səhər and içməsi gözlənilir.

Oxşar xəbərlər

Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Macarıstanda parlament seçkiləri başa çatıb, səslərin sayılmasına başlanılıb - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər