Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının son mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək.
"Far.Az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu mərhələ çərçivəsində komanda məşqlərlə yanaşı, Türkiyə millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Türkiyəyə Avropa Liqasında çıxış edəcək əsas heyətlə yollanıb. Hazırlıq prosesinin ardından yığma iyunun 5-də Ankaradan birbaşa İsveçə yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını iyunun 6–7-də İsveçdə keçirəcək. Yığmamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan komandaları olacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













