Azərbaycan əsas tədarük bazarından toyuq ətinin alışını 46 % artırıb
Far.Az xəbər saytı

Azərbaycan əsas tədarük bazarından toyuq ətinin alışını 46 % artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan 10,64 milyon ABŞ dolları dəyərində 6 min 559 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 15 % azdır.

Hesabat dövründə Azərbaycana Ukraynadan 8,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 40 % çox) 5 min 227 ton (+46 %), Rusiyadan 970 min ABŞ dolları dəyərində (-72 %) 583 ton (-73 %), Belarusdan 598 min ABŞ dolları dəyərində (-63 %) 363 ton (-76 %), Özbəkistandan 391 min ABŞ dolları dəyərində (-22 %) 147 ton (-18 %), Çindən 359 min ABŞ dolları dəyərində 219 ton (1 il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

2025-ci ildə Azərbaycana idxal edilmiş 26 min 522 ton toyuq ətinin 45 %-i Ukraynanın, 25 %-i Rusiyanın payına düşüb.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.12.2025)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər