Karim Badavi: "Misir enerji sahəsində Xəzər və Avropa arasında əlaqələndirici həlqə olmağa hazırdır"
Far.Az xəbər saytı

Karim Badavi: "Misir enerji sahəsində Xəzər və Avropa arasında əlaqələndirici həlqə olmağa hazırdır"


Misir karbohidrogen sənayesində əlavə dəyər zəncirlərinin yaradılması məsələlərində Xəzər regionu üçün əhəmiyyətli tərəfdaş kimi çıxış etmək iqtidarındadır.

"Far.Az"un məlumatına görə, bunu Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi 31-ci Bakı Enerji Forumu çərçivəsində bəyan edib.

"Misir həm Xəzər regionu, həm də Avropa üçün əsas tərəfdaş olmaq iqtidarındadır. Biz karbohidrogen "molekulları" sektorunda əlavə dəyərin artırılması üçün marşrutların formalaşdırılmasından danışırıq: bu, həm onların Misirin neft emalı müəssisələrində emal edilməsinə, yüksək əlavə dəyərli məhsulların bu bazara geri ixracına, həm də saxlama obyektlərinin tikintisinə aiddir.

Belə bir yanaşma gələcəkdə saxlama və dəyər yaradılması sahəsində kommersiya baxımından yeni cəlbedici layihələrin işə salınmasına imkan verəcək. Müvafiq olaraq, bütün regionda qarşılıqlı əməkdaşlıq potensialı olduqca genişdir", - K.Badavi qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər