Azərbaycan-Misir enerji əməkdaşlığının inkişafı müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycan-Misir enerji əməkdaşlığının inkişafı müzakirə edilib


2023-cü ildən indiyə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Trading" şirkəti Misir istiqamətinə 1,3 milyon tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) təchiz edib.

"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə "Bakı Enerji Forumu" çərçivəsində nazir Pərviz Şahbazovla Misirin neft və mineral ehtiyatlar naziri Karim Badavi arasında keçirilən görüşdə bildirilib.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və əldə olunmuş razılaşmaların əhəmiyyəti vurğulanıb.

Azərbaycanın son illərdə Misirlə enerji əməkdaşlığının yeni mərhələyə yüksəldiyi qeyd olunub. Bu kontekstdə iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış elektrik və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, eləcə də bu ilin martında SOCAR və EGPC arasında neft, neft məhsulları və LNG ticarəti, habelə hasilat, kəşfiyyat, emal və insan kapitalının inkişafı sahələrini əhatə edən Çərçivə Sazişinin əhəmiyyətindən bəhs edilib.

Görüşdə, həmçinin elektrik enerjisi və bərpa olunan enerji sahələrində əməkdaşlıq çərçivəsində 200 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Söhbət zamanı İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) çərçivəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər