Kardioloq sinə ağrısının təhlükəli səbəblərini açıqlayıb
Sinə nahiyəsində yaranan hər ağrı ürəklə bağlı olmasa da, bəzi hallarda bu simptom təcili tibbi müdaxilə tələb edən ciddi xəstəliklərin əlaməti ola bilər.
Far.Az xəbər verir ki, bu barədə kardioloq Kristin Jellis "Health" portalına danışıb.
Həkimin sözlərinə görə, bir çox insan sinə ağrısını ilk növbədə infarktla əlaqələndirsə də, narahatlığın səbəbi mədə yanmasından tutmuş panik ataka qədər onlarla müxtəlif vəziyyət ola bilər.
Mütəxəssis xüsusilə döş qəfəsinin mərkəzində hiss olunan sıxıcı və ya basqı şəklində ağrıya diqqət yetirməyi tövsiyə edib. Belə ağrı nəfəs darlığı, başgicəllənmə, soyuq tər, ürək ritminin pozulması, eləcə də qollarda, boyunda, kürəkdə və ya çənədə diskomfortla müşayiət olunarsa, bu, infarktın əlaməti ola bilər.
Kardioloq sinə ağrısına səbəb ola biləcək digər təhlükəli vəziyyətlər sırasında aortanın laylanması, ağciyər arteriyasının tromboemboliyası və pnevmotoraksı da göstərib. Bu xəstəliklər adətən qəfil və güclü ağrı ilə özünü göstərir və təcili tibbi yardım tələb edir.
Bununla yanaşı, sinə ağrısı hər zaman həyati təhlükə anlamına gəlmir. Turşu reflüksü (mədə turşusunun qida borusuna qayıtması), qabırğaarası qığırdaq toxumasının iltihabı, döş əzələlərinin gərilməsi və panik atak da bu narahatlığa səbəb ola bilər.
Kristin Jellis bildirib ki, insanların özbaşına ciddi ürək problemi ilə nisbətən zərərsiz səbəbləri ayırd etməsi çətindir.
"Biz xəstələrin infarktı döş əzələsinin gərilməsindən özlərinin ayırd edə bilməsini gözləmirik", – deyə həkim vurğulayıb.
Mütəxəssis ilk dəfə yaranan, getdikcə güclənən və ya nəfəs darlığı, halsızlıq və ümumi vəziyyətin pisləşməsi ilə müşayiət olunan sinə ağrıları zamanı özünümüalicə ilə məşğul olmamağı və mümkün qədər tez həkimə müraciət etməyi tövsiyə edib. O qeyd edib ki, ürək və damar xəstəliklərinin bəziləri təxirəsalınmaz müalicə tələb edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













