Sevgilisini anlaqsız vəziyyətdə xüsusi amansızlıqla öldürən şəxs barədə YEKUN QƏRAR
Bakıda sevgilisini öldürməkdə ittiham olunan iş adamı Emil Ağacanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.Az-a itinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan sonuncu iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilən şəxs barəsində ekspertizanın rəyini əsas gətirərək E.Ağacanovun cinayəti törədərkən həqiqətən anlaqsız vəziyyətdə olmasının məhkəmə zamanı təsdiqini tapdığını bildirib. Buna görə də prokuror təqsirləndirilənin müalicəsinin psixiatriya xəstəxanasında davam etdirilməsini məqsədəmüvafiq hesab edib.
Qarşı tərəfin müdafiəçiləri isə bununla razılaşmayaraq məhkəmədən cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyiblər.
Müşavirədən sonra məhkəmənin qərarı elan olunub.
Qərarda bildirilib ki, Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib.
Bunları nəzərə alaraq məhkəmə onu cinayət məsuliyyətindən azad edib, barəsində tətbiq edilmiş məcburi müalicəyə dair qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb.
Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Emil Ağacanov "Chermington Transportation Services" MMC, "AZRENT" MMC, "Caspi Style" MMC və "Port Baku"da yerləşən italyan brendi "YAMAMAY"ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın "YAMAMAY" mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
E.Ağacanova qarşı Yasamal Rayon Prokurorluğunda barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı zamanı Emil Ağacanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
"Səbinə" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













