Rafael Qrossi: "AEBA Azərbaycandan və Mərkəzi Asiyadan 600-dən çox BOEM layihəsi əldə edib"
Far.Az xəbər saytı

Rafael Qrossi: "AEBA Azərbaycandan və Mərkəzi Asiyadan 600-dən çox BOEM layihəsi əldə edib"


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Azərbaycandan və Mərkəzi Asiya ölkələrindən bərpa olunan enerji mənbələri (BOEM) üzrə 600-dən çox layihə əldə edib.

"Report" xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi 31-ci Bakı Enerji Forumunda bildirib.

"Biz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 600-dən çox müraciət almışıq, təxminən 15 layihənin investor seçimi üçün qısa siyahıya daxil edilməsi planlaşdırılır. Bir çox layihələr erkən işlənmə mərhələsindədir və əlavə texniki hazırlıq tələb edir", - o qeyd edib.

R. Qrossi vurğulayıb ki, Mərkəzi Asiya bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala və artan investisiya cəlbediciliyinə malik olmaqla qlobal enerji keçidində mühüm regiona çevrilir.

O əlavə edib ki, regionda BOEM-in inkişafı ölkələr arasında daha sıx koordinasiya və layihələrin həyata keçirilməsini sürətləndirmək üçün razılaşdırılmış regional mexanizmlərin formalaşdırılmasını tələb edir.

Agentliyin rəhbəri əlavə edib ki, 2025-ci ildə bərpa olunan enerji dünyada ən rəqabətli elektrik enerjisi mənbəyinə çevrilib, Mərkəzi Asiya isə günəş və külək enerjisinin inkişafı sayəsində bu sektorda davamlı artım nümayiş etdirir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər