Eldəniz Əmirov: "Enerji diplomatiyası Azərbaycanın geosiyasi gücünün yüksəldilməsində mühüm əhəmiyyət daşıyır"
Azərbaycanın enerji diplomatiyası ölkənin dünya arenasında nüfuzunun gücləndirilməsində və geosiyasi təsir imkanlarının genişləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Onun fikrincə, Azərbaycanın yürütdüyü enerji diplomatiyasının səviyyəsi, ölkənin öz enerji potensialını yalnız iqtisadi vasitə kimi deyil, həm də strateji resurs olaraq dəyərləndirməsi şəklində özünü büruzə verir: "Çünki dövlət olaraq enerji ehtiyatlarının tarazlı və praqmatik formada diversifikasiyası, başqa sözlə ixracın şaxələndirilməsi bunun aydın göstəricisidir. Bu gün Azərbaycana həm investisiya cəlbediciliyi, həm onun investisiya aktivliyi, həm də ixrac istiqamətləri prizmasından baxdıqda aydın görünür ki, ölkə strateji bir kurs müəyyənləşdirib və bunun müvəffəqiyyətini biz bu gün müşahidə edirik. Azərbaycanın enerji diplomatiyası ölkənin iqtisadi və siyasi diplomatiyasının qovuşduğu nöqtədə meydana gələn bir forma kimi qiymətləndirilə bilər".
E. Əmirov vurğulayıb ki, Azərbaycan 30 ildən çox əvvəl həyata keçirməyə başladığı neft strategiyası sayəsində öz enerji mənbələrini diversifikasiya edərək etibarlı tərəfdaş qismində Avrasiya dövlətlərinin, xüsusilə Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayıb: "Sonrakı dövrdə qaz strategiyasının icrasına başlandıqdan sonra ölkə Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin qorunmasında da iştirak etməyə başlayıb. Rusiya-Ukrayna qarşıdurmasından sonra Şərqi Avropa dövlətlərinin Azərbaycan qazına olan tələbatı daha da yüksəlib. Beləliklə, Avropada fasiləsiz yaranan enerji problemlərində, enerji təhlükəsizliyinə qarşı təhdidlərin aradan qaldırılmasında Azərbaycanın rolu daha da nəzərəçarpan olub".
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşdirilməsi prosesində Azərbaycanın üzləşdiyi çətinliklərdən söz açan ekspert bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və dönməz siyasi iradəsi nəticəsində bu kəmərin inşasına nail olundu: "Bu boru kəmərinin tikintisinə investisiya qoymaq istəmirdilər, Azərbaycan neftinin kifayət qədər olmayacağını iddia edirdilər, qlobal investorlara mənfi siqnallar göndərilirdi. Sonrakı mərhələdə Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasına start verildi. Bakı-Tbilisi-Ceyhanda olduğu kimi, Cənub Qaz Dəhlizinin çəkilməsi zamanı da həm maliyyə problemləri mövcud idi, həm də Azərbaycan hökumətinə, dövlətinə birmənalı şəkildə təzyiqlər göstərilirdi. Bu layihələrin reallaşması isə birmənalı olaraq Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti sayəsində baş tutdu".
Onun sözlərinə görə, Azərbaycanda hazırda alternativ enerji layihələri də icra mərhələsindədir: "Burada diqqəti cəlb edən məqam odur ki, alternativ enerji strategiyamızda həm Asiya, həm də Avropa ölkələri bizə dəstək verirlər. Yəni bu gün enerji strategiyamızda dəstəkçilərimizin sayı daha çoxdur".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bakı Bulvarında yeni festival başlayır
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb












