IRENA yaşıl enerji layihələri ilə bağlı Azərbaycanın liderliyini təqdir edib
2027-ci ilə qədər 2 giqavat yaşıl enerji layihələrini həyata keçirmək iddiasına görə Azərbaycanın liderliyini təqdir edilib.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.
"2027-ci ilə qədər 2 giqavat yaşıl enerji layihələrini həyata keçirmək iddiasına görə Azərbaycanın liderliyini təqdir edirəm", - o bildirib və əlavə edib ki, Azərbaycan 2026-cı il üçün şuranın üzvü və 2027-ci ildə XVII IRENA Assambleyasının sədr müavini olmaqla, IRENA-nın idarəetməsində fəal rol oynayır.
Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29-da IRENA-nın Mərkəzi Asiyada bərpaolunan enerji üzrə sürətləndirilmiş tərəfdaşlığının - APRECA adlanan tərəfdaşlığın başlanmasında əsas rol oynayıb:
"Növbəti COP-un ev sahibi olaraq, Türkiyədən olan dostlarımızla əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə edilən uğurları daha da inkişaf etdirmək niyyətindəyik. Biz COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi dövründə Bakıda qazanılan nailiyyətləri daha da irəli aparmaq istəyirik.
APRECA artan investisiya, daha güclü regional qarşılıqlı əlaqə və davamlı artım yolu ilə enerji keçidini inkişaf etdirməyə çalışır. Bizə maliyyələşdirilməsi üçün 1600-dən çox layihə daxil olub və çıxışımın sonunda istərdim qeyd edim ki, keçən il 700 giqavat bərpaolunan enerji potensialı yaradılmışdır. Bu, həmçinin effektivlik, potensialın artırılması deməkdir.
Bizim bir il ərzində yaratdığımız elektrik enerjisi potensialı, nüvə enerjisinin 70 il ərzində yaratdığı ümumi potensiala bərabərdir.
Beləliklə, biz öz potensialımızı artırmalıyıq. Son beş ildə elektrik enerjisinin əldə olunması üçün 90 faizə yaxın bərpaolunan enerjidən, mənbələrdən istifadə edilib. Odur ki, enerji sistemi dəyişməkdədir. Bunu dəfələrlə ictimaiyyət qarşısında demişəm, sual ondan ibarət deyil ki, bərpaolunan enerji tamamilə təmizdir. Sosial baxımdan bəlkə də bu, daha məqbul hesab olunacaq. Çünki biz yeni iş yerləri yaradırıq, investisiyalar cəlb edirik. Lakin ən önəmli məqam odur ki, gələcək iqtisadiyyatların rəqabət qabiliyyəti birbaşa enerji sistemlərinin potensialından və bu sistemlərin sənayeni ən aşağı qiymətlə elektrik enerjisi ilə təmin edə bilməsindən asılı olacaq. Bu isə bərpaolunan enerji olmadan mümkün deyil".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
-
İsrailin Livana hücumlarında ölənlərin sayı 3400-ü keçib













