SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
Qlobal enerji bazarında etibarlı təchizat mənbələrinə tələbatın yaxın illərdə daha da artacağı gözlənilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Enerji həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.
Onun sözlərinə görə, buna əsas səbəblərdən biri enerji təchizatındakı fasilələr və ölkələrin daha etibarlı mənbələrə yönəlməsidir: "Digər mühüm amil isə süni intellekt texnologiyalarının və məlumat emalı mərkəzlərinin sürətlə inkişaf etməsi nəticəsində enerji tələbatının artmasıdır. Süni intellekt və data mərkəzlərinin enerji istehlakına təsiri getdikcə artır. Tələbatın hansı həddə çatacağını indidən dəqiq proqnozlaşdırmaq çətin olsa da, bu tendensiya artıq özünü göstərir".
SOCAR prezidenti vurğulayıb ki, şirkət artan tələbatı qarşılamaq üçün xarici ölkələrdə upstream layihələrə investisiyalar yatırır, eyni zamanda təchizat mənbələrini şaxələndirir: "Şirkətin əsas məqsədi müştəriləri üçün etibarlı tərəfdaş olaraq qalmaq və gələcəkdə daha da artacaq enerji tələbatını qarşılamaqdır. Bu məqsədlə SOCAR hasilat portfelini genişləndirir və yeni beynəlxalq layihələrdə iştirakını artırır. Şirkət Kot-divuardakı "Baleine" layihəsində 10 %-lik pay əldə edib. Bundan əlavə, SOCAR uzun müddətdir ki, Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilən layihələrdə iştirak edir və beynəlxalq fəaliyyətini daha da genişləndirir".
"SOCAR-ın strategiyası yalnız mövcud hasilat həcmlərinə əsaslanmır. Biz artan tələbatı qarşılamaq üçün yeni mənbələr və layihələr hesabına istehsal portfelimizi genişləndiririk", – deyə R. Nəcəf əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













