Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
Azərbaycan Güləş Federasiyasının (AGF) Texniki və Hakimlər Komitəsinin növbəti iclası keçirilib.
"Far.Az" AGF-yə istinadən xəbər verir ki, baş katib Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan iclasda federasiyanın İdman şöbəsinin müdiri Kamran Quliyev və yunan-Roma güləşi üzrə milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov Texniki və Hakimlər Komitəsinin tərkibinə üzv seçilib.
Görüş zamanı komitənin fəaliyyəti ilə bağlı müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə hakimlərin və məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili, azyaşlı və yeniyetmə güləşçilər arasında liqa yarışlarının keçirilməsi, həmçinin maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində görüləcək işlər nəzərdən keçirilib.
İclasda səsləndirilən təkliflər dəyərləndirilib, komitənin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və gələcək iş planının hazırlanması ilə bağlı müvafiq qərarlar qəbul olunub.
Görüşdə hakimlik institutunun inkişafı, yarışların keyfiyyətinin artırılması və güləşin bütün yaş kateqoriyalarında daha effektli idarə olunması istiqamətində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Neftimizin qiyməti 104 dolları keçib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur













