Litva Orta Dəhlizdən istifadə etmək istəyir
Far.Az xəbər saytı

Litva Orta Dəhlizdən istifadə etmək istəyir


Litva Orta Dəhlizdən Mərkəzi Asiyaya və Çinə tədarüklər üçün istifadə etmək istəyir.

"Far.Az" xəbər verir ki, bunu Litvada fəaliyyət göstərən Nəqliyyat İnnovasiyaları Assosiasiyasının (Transport Innovation Association - TIA) meneceri Yulius Skakauskas jurnalistlərə açıqlamasında bildirib.

"Litva çox güclü nəqliyyat ölkəsidir, ÜDM-imizin 20 %-i nəqliyyat sahəsinin payına düşür. Biz bu dəhlizdən malların Avropadan Mərkəzi Asiyaya və Çinə tədarükü üçün istifadə etmək istəyirik. Bu, çox vacibdir və əlbəttə ki, biz bu dəhlizi daha effektiv və daha sürətli etmək üçün dəstək vermək istərdik. Azərbaycan nəqliyyat qovşağıdır. Litvanın Orta Dəhlizdən istifadə etməsi üçün böyük imkanları var. Başa düşürük ki, Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və logistikada çox vacibdir", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Müəzzin, usta, xilasedici, həkim, reklam meneceri işləyən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər