"CAMCA-2026": Beynəlxalq əməkdaşlıq müasir təhsilin inkişafında əsas rol oynayır
Beynəlxalq əməkdaşlıq təcrübə mübadiləsi üçün müxtəlif ölkələrdən olan universitetləri və mütəxəssisləri birləşdirməyə kömək edərək, müasir təhsilin inkişafında mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu "Stirling" Fondunun Levant, Türkiyə və Qafqaz üzrə regional direktoru Brittni Stirlinq Bakıda keçirilən "CAMCA-2026" Regional Forumu çərçivəsində bildirib.
"Təhsil haqqında danışarkən söhbət yalnız biliklərin ötürülməsindən getmir. Biz müxtəlif ölkələrin universitetlərini, müəllimlərini və mütəxəssislərini birləşdirməyə çalışırıq ki, onlar təcrübə mübadiləsi apara və yeni imkanlar yarada bilsinlər", - o qeyd edib.
B.Stirlinq əlavə edib ki, fond həmçinin yerli potensialın inkişafına xüsusi diqqət yetirir.
Öz növbəsində, "European School in Tbilisi"nin Müşahidə Şurasının sədri Gela Bejuaşvili vurğulayıb ki, təhsil sistemi texnologiyaların və süni intellektin inkişafına operativ şəkildə uyğunlaşmalıdır:
"Biz bəlkə də heç vaxt süni intellektin və texnologiyaların inkişafı ilə tam ayaqlaşa bilməyəcəyik, amma cəhd etməyə davam etməliyik. Bu, edə biləcəyimiz ən yaxşı şeydir".
G.Bejuaşvili STEM təhsilinin, beynəlxalq məktəb mübadilələrinin, sahibkarlıq bacarıqlarının və rəqəmsal savadlılığın inkişafının vacibliyini qeyd edib. Onun sözlərinə görə, kibergigiyenanın əsaslarını yalnız şagirdlərə deyil, həm də müəllimlərə və valideynlərə öyrətmək zəruridir.
Avstraliya Milli Universitetinin diplomatiya üzrə fəxri professoru Vilyam Meli Əfqanıstandakı vəziyyətə toxunaraq bildirib ki, "Taliban" hərəkatı müasir təhsilə sadəcə biganə deyil, həm də ona fəal şəkildə qarşı çıxır. O, ölkə xaricində qalmış gənc əfqan alimlərini dəstəkləməyin və onlayn təhsili inkişaf etdirməyin zəruriliyini vurğulayıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













