Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib - YENİLƏNİB
"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib.
"Far.Az" xəbər verir ki, iclasda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və digər üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri iştirak ediblər.
V.Mustafayev iclası açıq elan edərək tədbir iştirakçılarını salamlayıb, onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, iclasın "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız müzakirə aparmaq deyil, eyni zamanda, ölkələrin real sənaye imkanlarını, texnologiyalarını və potensial tərəfdaşlarını bir məkanda görmək imkanı verir.
Nazir Türk dövlətləri arasında münasibətlərin bu gün yüksəksəviyyəli dialoq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində inkişaf etdiyini, müdafiə sənayesi sahəsində əməkdaşlığın bu münasibətlərin getdikcə daha praktik və strateji istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
İclasda kadr və mühəndislik potensialı, institusional əməkdaşlıq, birgə istehsal və sənayesi kooperasiyası, tədqiqat, inkişaf və yeni texnologiyalar istiqamətində müzakirələr aparılıb, təşkilatın Baş katibi və üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri çıxış ediblər.
Sonda TDT-yə üzv dövlətlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.
Qeyd edək ki, TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il Türkiyənin İstanbul şəhərində "IDEF 2025" sərgisi çərçivəsində keçirilib.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir.
"Far.Az" xəbər verir ki, Bakıda, VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) çərçivəsində baş tutan tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.
İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılacaq, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək.
Qeyd edək ki, TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il İstanbul şəhərində "IDEF 2025" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
"Sabah" Azərbaycan Basketbol Liqasının yeni mövsümünə qələbə ilə start verib
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir













