Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Far.Az xəbər saytı

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq


Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Far.Az-ə verilən məlumata görə, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 24-26° isti olacaq.

Oxşar xəbərlər

Bayram günlərinin havası açıqlanıb
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər