Mourinyo onu "Real Madrid"də görmək istəyir
Far.Az xəbər saytı

Mourinyo onu "Real Madrid"də görmək istəyir


Tezliklə Joze Mourinyo tərəfindən çalışdırılması gözlənilən "Real Madrid" müdafiə xəttini gücləndirmək üçün Josko Gvardiolu transfer etmək niyyətindədir.

Far.Az xəbər verir ki, bu barədə İspan jurnalist Alberto Pereiro yazıb.

Məlumata görə, portuqaliyalı mütəxəssis klub prezidenti Florentino Perezə müdafiə xəttinin gücləndirilməsinin vacibliyini çatdırıb və xorvatiyalı müdafiəçinin transferini istəyib.

Mənbənin iddiasına görə, klub rəhbərliyi də bu istəyə müsbət yanaşıb və transferin reallaşdırılması üçün addımlar atmağa hazır olduğunu bildirib.

Daha əvvəl "Barselona"nın da 24 yaşlı futbolçu ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.

Cari mövsümdə Josko Gvardiol "Mançester Siri" forması ilə 25 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalının məlumatına əsasən, xorvatiyalı müdafiəçinin bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

Oxşar xəbərlər

"Qadın Dəstək Xətti"nin ispan dilli təlimatının təqdimatı keçirildi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Mourinyo indidən "Real Madrid" üçün transfer edir - Bastoni ilə razılaşdı
Joze Mourinyo norveçli futbolçunun İspaniya klubuna keçməsinə mane olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər