"Apple" son 2 ayda Azərbaycanın planşet bazarındakı payının təqribən 36 %-ni itirib
Bu ilin may ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 65,4 % təşkil edib.
"Far.Az"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 12,46 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstərici ilə müqayisədə isə 9,02 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 7,15 faiz bəndi azalaraq, illik isə 0,45 faiz bəndi artaraq 18,34 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 35,7 % təşkil edib).
Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq 6,76 faiz bəndi, illik isə 5,27 faiz bəndi azalaraq 6,74 % təşkil edib.
Növbəti pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,61 faiz bəndi artaraq, illik isə 1,31 faiz bəndi azalaraq 4,14 % olub.
Oxşar xəbərlər
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
"Xiaomi" brendi "REDMI Note 15" seriyasını təqdim edir: "REDMI Titan Durability" etibarlılığı və flaqman imkanları
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













