ABŞ İran futbolçularına viza verdi
Far.Az xəbər saytı

ABŞ İran futbolçularına viza verdi


İran millisinin futbolçuları 2026-cı il dünya çempionatında iştirak etmək üçün viza alıblar.

BAKU.WS xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfiri Mohammad-Hassan Habibollazadeh bildirib.

Onun sözlərinə görə, vizalar 48 saat ərzində rəsmiləşdirilib. Səfir qeyd edib ki, proses futbolçuların şəxsən səfirliyə gəlməsinə və barmaq izlərinin götürülməsinə ehtiyac olmadan həyata keçirilib.

Daha əvvəl FIFA İran yığmasına 2026-cı il dünya çempionatı zamanı komandanın bazasını ABŞ-dən Meksikaya köçürməyə icazə vermişdi. Komanda turnir ərzində Meksikanın Tixuana şəhərində yerləşəcək.

İran millisi qrup mərhələsində ABŞ ərazisində üç oyun keçirəcək. Komanda iyunun 16-da Los-Ancelesdə Yeni Zellandiya yığması, iyunun 21-də Belçika millisi ilə, iyunun 27-də isə Sietldə Misirlə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər