Udmurtiyada yol qəzası nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb
Far.Az xəbər saytı

Udmurtiyada yol qəzası nəticəsində beş nəfər ölüb, beş nəfər yaralanıb


Udmurtiyanın (Rusiya) Sarapul rayonunda iki minik avtomobili toqquşub, nəticədə beş nəfər ölüb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daha beş nəfər xəstəxanaya yerləşdirilib.

Qurumun məlumatına görə, "Ford Focus" markalı avtomobilin sürücüsü əks hərəkət zolağına çıxaraq "Kia Spectra" markalı avtomobillə toqquşub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

Oxşar xəbərlər

Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Azərbaycanda ağır yol QƏZASI: İki yük maşını toqquşdu, sürücülərdən biri öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər