Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb
Far.Az xəbər saytı

Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb


Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarı başa çatıb.

"Far.Az" AVF-yə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində və AVF-nin idman zalında keçirilən kursda 60-a yaxın iştirakçı olub.

Təlimlər iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər 25-29 may, ikinci qrup üzrə isə 1-5 iyun tarixlərində keçirilib.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak ediblər.

FIVB-nin məşqçi-instruktoru, professor Cengiz Akarçeşmenin rəhbərlik etdiyi kurs nəzəri və praktiki məşğələlərdən ibarət olub. Seminarın sonunda keçirilən imtahanlarda yüksək nəticə göstərən iştirakçılara FIVB-nin Level-2 beynəlxalq sertifikatı təqdim edilib.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Ordusunda praktiki məşğələlər icra olunub
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər