"Fitch" bu il Azərbaycanın iqtisadi artımının 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb
Far.Az xəbər saytı

"Fitch" bu il Azərbaycanın iqtisadi artımının 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb


Beynəlxalq reytinq agentliyi "Fitch Ratings", 2025-ci ildəki əhəmiyyətli bir yavaşlamadan sonra 2026-cı ildə Azərbaycanda iqtisadi artımın orta dərəcədə 2%-ə qədər sürətlənəcəyini proqnozlaşdırıb.

"Far.Az" agentliyə istinadən xəbər verir ki, təmkinli maliyyə siyasəti və kredit artımının mülayim templəri enerji qiymətlərinin yüksək olmasının ölkə iqtisadiyyatına təsirini kompensasiya edəcəyi gözlənilir.

"Fitch" həmçinin inflyasiyanın sürətlənəcəyini proqnozlaşdırıb. Agentlik 2026-cı ildə orta illik inflyasiya səviyyəsinin əvvəlki ildəki 5,6%-dən 6,1% artacağını təxmin edib.

Agentliyin fikrincə logistika xərclərinin, ərzaq qiymətlərinin və tənzimlənən tariflərin artması inflyasiyaya təzyiq göstərəcək:

"Lakin bu təsir manatın Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarına qarşı nominal möhkəmlənməsi ilə qismən azaldılacaq".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
"Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər