Lənkəranda avtomobil qəzası baş verib, sürücü ölüb
Far.Az xəbər saytı

Lənkəranda avtomobil qəzası baş verib, sürücü ölüb


Lənkəranda avtomobilin kanala aşması nəticəsində bir nəfər ölüb.

"Far.Az"un Cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonunun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayev idarə etdiyi "VAZ-2106" markalı avtomobili ağaca çırpılıb.

Qəza nəticəsində o, hadisə yerində ölüb. Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, sürücünün sükan arxasında ürəyi tutub və avtomobil idarəetmədən çıxaraq aşıb.

Ölümün dəqiq səbəbləri isə ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər