Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinal oyununa çıxır
Far.Az xəbər saytı

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinal oyununa çıxır


Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti oyununa bu gün çıxacaq.

"Far.Az"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Bakıda milyonluq mənzillər və villalar hərraca çıxarılır - SİYAHI
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Kubokunda pley-in mərhələsinə yüksəlib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər