KİV: Xabi Alonso cari mövsümün sonu "Bayer 04" klubunu tərk edəcək
Far.Az xəbər saytı

KİV: Xabi Alonso cari mövsümün sonu "Bayer 04" klubunu tərk edəcək


Almaniyanın “Bayer 04” kollektivinin baş məşqçisi Xabi Alonso cari mövsümün sonu komandanı tərk edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Florian Plettenberq sosial şəbəkə hesabında bildirib.

42 yaşlı mütəxəssisin postundan gedişindən sonra onun əvəzinə “Ştutqart”ın baş məşqçisi Sebastyan Höness və ya Almaniya yığmasını çalışdıran Yulian Naqqelsmanın köməkçisi Sandro Vaqner gələ bilər.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən "Bayer 04" klubunun baş məşqçisidir. Onun rəhbərliyi altında leverkuzenlilər Almaniya Bundesliqasının 2023/2024 mövsümünün və ölkə kubokunun qalibi olublar. UEFA Avropa Liqasının finalında "Atalanta"ya uduzaraq, qitənin ikinci dərəcəli klub turnirinin gümüş medallarına sahib çıxıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ"ın Avrokuboklardakı böyükhesablı qələbələri
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ilk oyun günü başa çatıb - YENİLƏNİB
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun görüşlərinə yekun vurulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər