Samuxda iki günə 4 min ağac əkilib
Samux rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam etdirilir.
Samux Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq keçirilən növbəti ağacəkmə aksiyası Ziyadlı kəndinin inzibati ərazisində Samux-Kür yolunun kənarında təşkil olunub.
Samux Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri, qazilər, RİH-nin əməkdaşları, idarə müəssisə və təşkilatların kollektivləri, eləcə də gənc könüllülər avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn şam, çinar və sərv ağacları əkiblər.
Aksiya çərçivəsində əvvəl əkilən ağac tinglərinə aqro-texniki qulluq göstərilib və yenidən suvarılması təmin edilib.
Qeyd edək ki, son iki gün ərzində Samux rayonunda 4 mindən çox ting əkilib.
Kampaniyanın oktyabr ayının sonundək davam etdirilməsi nəzərdə tutulur.
Rayon ərazisində mövsüm ərzində 20 hektar ərazidə 12 minədək şam, çinar və sərv ağaclarının əkilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
-
UEFA Avropa Liqasında II turunun oyunları keçirilib













