Müharibə və yüksək borclanma BVF və Dünya Bankının iclaslarında əsas müzakirə mövzuları olacaq
Yaxın Şərqdə genişlənən müharibə, enerji təchizatında yaranan ciddi böhran və faiz dərəcələrinin yüksəlməsi qlobal iqtisadi artım üçün riskləri artırır və bu məsələlər Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının Banqkokda keçiriləcək illik toplantılarının əsas gündəmini təşkil edəcək.
"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən maliyyə rəsmiləri oktyabrın 12-dən 18-dək Taylandın paytaxtında bir araya gələcəklər. Görüşlər üç ildən sonra ilk dəfə Vaşinqtondan kənarda keçiriləcək.
ABŞ və İsrailin İrana qarşı müharibəsinin artıq səkkizinci ayına daxil olması, eləcə də bunun inflyasiyaya təsiri toplantılarda müzakirələri müəyyənləşdirən əsas amillərdən olacaq.
Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyevanın sözlərinə görə, tədbirdə iştirak etmək üçün 18 min nəfər qeydiyyatdan keçib. Bu, 2023-cü ilin oktyabrında Mərakeşdə keçirilən sonuncu səyyar toplantı ilə müqayisədə 4 min nəfər çoxdur.
Dünya Bankının prezidenti Ajay Banqa bildirib ki, İranın Hörmüz boğazını bağlamasından sonra qlobal iqtisadi artım gözləniləndən daha dayanıqlı olsa da, yeni təzyiqlər güclənir. Belə ki, Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji marşrutdur. Bu istiqamətdə daşımaların pozulması yanacağın qiymətinə, inflyasiyaya və beynəlxalq ticarətə təsir göstərib.
Banqanın sözlərinə görə, dizelin və gübrələrin bahalaşması, eləcə də güclü "El Nino" iqlim hadisəsinin mümkün təsirləri iqtisadi çətinlikləri daha da ağırlaşdırır.
Toplantıların digər əsas mövzusu dövlət borcunun artması olacaq. BVF-nin məlumatına görə, qlobal dövlət borcu İkinci dünya müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb və 2030-cu ildən əvvəl dünya üzrə ümumi daxili məhsulun 100 faizini keçə bilər. Xüsusilə inkişaf etməkdə olan ölkələr yüksək faiz dərəcələri, kapital axını və borcların yenidən maliyyələşdirilməsi xərclərinin artması ilə üzləşirlər. ABŞ-də faizlərin yüksək olması investorları inkişaf etməkdə olan bazarlardan daha gəlirli istiqamətlərə yönəldə bilər.
ABŞ maliyyə naziri Skott Bessentin toplantıda iştirak etməyəcəyi, onun əvəzinə iki yüksək vəzifəli rəsmisinin göndəriləcəyi gözlənilir. ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Uorş isə tədbirdə iştirak edəcək və oktyabrın 16-da Kristalina Georgiyeva ilə açıq müzakirəyə qatılacaq. İclaslarda əsas diqqət müharibənin iqtisadi nəticələrinə, enerji təhlükəsizliyinə, inflyasiyaya və borc yükünün artmasının xüsusilə zəif iqtisadiyyatlara təsirinə yönələcək.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ sahillərində tankerə dron hücumundan sonra 22 hindistanlı dənizçi xilas edilib
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib
-
Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu
-
Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib













