Qazaxıstan yük tranzitini 100 milyon tona qədər artırmaq niyyətindədir
Far.Az xəbər saytı

Qazaxıstan yük tranzitini 100 milyon tona qədər artırmaq niyyətindədir


Qazaxıstan 2035-ci ilə qədər tranzit daşımalarının həcmini ildə 100 milyon tona çatdırmağı, dəniz limanlarının buraxılış qabiliyyətini 4 dəfə, donanmanın gücünü isə 5 dəfə artırmağı planlaşdırır.

"Far.Az"un yerli bürosunun Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Astanada Qazaxıstanın Nəqliyyat Həftəsi çərçivəsində bildirilib.

Tədbirdə 40-a yaxın ölkədən sahə ekspertləri, o cümlədən Azərbaycanın nəqliyyat qurumlarının, beynəlxalq təşkilatların və iri nəqliyyat-logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.

Qazaxıstanın Baş naziri Oljas Bektenov Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və perspektivli Transəfqan nəqliyyat dəhlizinin inkişafının vacibliyini vurğulayıb.

"Müasir nəqliyyat infrastrukturu beynəlxalq ticarətin genişlənməsinə, investisiyaların cəlb edilməsinə, yeni istehsal sahələrinin yaradılmasına və dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edir", - hökumət başçısı qeyd edib.

Prioritetlər sırasında infrastruktur məhdudiyyətlərinin və inzibati maneələrin aradan qaldırılması, logistikanın rəqəmsallaşdırılması, "yaşıl dəhlizlər"in və "vahid pəncərə" prinsipinin tətbiqi sadalanıb. Bu tədbirlər yüklərin çatdırılma müddətini və dəyərini azaltmaq məqsədi daşıyır.

2025-ci ilin yekunlarına görə, Qazaxıstan ərazisindən tranzit daşımalarının həcmi 18 % artaraq 39,1 milyon tona çatıb. 2026-cı ilin doqquz ayı ərzində nəqliyyat sahəsindəki artım 7,2 % təşkil edib.

Nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində son 7 il ərzində ölkədə 36,3 min kilometr avtomobil yolu tikilib və təmir edilib, son 5 il ərzində isə 5 min kilometr dəmir yolu inşa edilib və modernləşdirilib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər