General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir
Far.Az xəbər saytı

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir


Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) gündən-günə güclənir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu general-mayor Namiq Bayramov HHQ-nin Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimində deyib.

Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bu cür kursların Azərbaycan Ordusunun döyüş qüdrətinin artırılması və peşəkar zabit kadrları ilə komplektləşdirilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Hərbi Hava Qüvvələrinin gündən-günə gücləndiyi vurğulanıb.

Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər