Məhkəmə doğulanda verdiyi ada görə əmisini öldürmək istəyən şəxslə bağlı qərar çıxardı
Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Nəcməddin Şahverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Nəcməddin Şahverdiyev əmisi, zərərçəkmiş Ərəstun Şahverdiyevi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilib.
İstintaq materiallarında göstərilir ki, o, lal-karlıqdan əziyyət çəkməsi və boyunun qısa olması kimi fiziki xüsusiyyətlərini uğursuzluq kimi qiymətləndirərək, bunu əmisi tərəfindən ona verilmiş adla əlaqələndirib və sonuncuya qarşı qərəz formalaşdırıb.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən, əmisinin işlədiyi ət mağazasının qarşısına gəlib. Həmin vaxt Ərəstun Şahverdiyev dostları ilə birlikdə domino oynayırmış. Nəcməddin özü ilə mətbəx bıçağını cibində gizlədərək hadisə yerinə gətirib. O, arxadan yaxınlaşaraq zərərçəkmiş şəxsin bel nahiyəsinə bir dəfə zərbə endirib. Zərbə nəticəsində bıçaq əmisinin bədənində qalıb və bu səbəbdən təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət niyyətini başa çatdıra bilməyib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə daxili qanaxma, hemorragik şok, qaraciyərin sağ payının və sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan, qarın boşluğuna nüfuz edən bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilib.
Nəcməddin Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd - xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.
Lakin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən təqsirləndirilən şəxsin psixi xəstəliyə tutulduğu müəyyən edilib. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq olunması qərara alınıb. Eyni zamanda Nəcməddin Şahverdiyev sağalmış hesab edilənədək cinayət işi üzrə icraat dayandırılıb. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində protestin təsviri hissəsində göstərilənlər nəzərə alınıb təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin olunmaqla məhkəmə araşdırması aparılıb, nəticəsindən asılı olaraq müvafiq yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilməyib.
Oxşar xəbərlər
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Doğulanda verdiyi ada görə əmisini bıçaqladı
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













