QİBK və Supsa terminalının operatorluğu SOCAR-a keçdi
Far.Az xəbər saytı

QİBK və Supsa terminalının operatorluğu SOCAR-a keçdi


8 iyun 2026-cı il tarixindən etibarən Qərb İxrac Boru Kəməri (QİBK) və onun ayrılmaz hissəsi olan Supsa terminalı "SOCAR Midstream Operations" MMC-nin operatorluğuna keçib.

"SOCAR Midstream Operations"dan Far.Az-ə verilən məlumata görə, Gürcüstanın Neft və Qaz Korporasiyası ilə SOCAR arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, bp ilə mövcud operatorluq müqaviləsi başa çatıb və əməliyyat məsuliyyəti "SOCAR Midstream" tərəfindən qəbul edilib.

Qeyd olunur ki, Xəzər regionunu Qara dəniz və beynəlxalq bazarlarla birləşdirən əsas enerji marşrutlarından biri olan QİBK regional enerji infrastrukturunun mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini qorumaqda davam edir.

Xatırlada ki, öncə qeyd olunan infrastruktur obyektlərinin operatoru BP şirkəti idi.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər