Nurullah Bakır: "Türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıqla güclənəcək"
Türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıqla daha da güclənəcək.
"Far.Az" xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır deyib.
Onun sözlərinə görə, türk dövlətləri gənc əhalisi, sürətlə inkişaf edən iqtisadiyyatları və güclü bank sektoru ilə qlobal maliyyə sistemində böyük potensiala malikdir: "Birgə layihələr, əməkdaşlıq və koordinasiyalı fəaliyyətlər bu potensialı daha da gücləndirir və gələcəkdə onun tam reallaşmasına töhfə verəcək. Qarşıda görüləcək işlər və keçiləcək uzun yol var. Türkiyənin bu sahədə formalaşmış zəngin bilik bazasını, təcrübəsini və texnoloji imkanlarını dost və qardaş ölkələrlə bölüşməyə hər zaman hazır olduğunu müxtəlif platformalarda vurğulayırıq".
O qeyd edib ki, Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurası regionun maliyyə gələcəyinin formalaşdırılmasında mühüm missiya daşıyır: "Şura həm ölkələrimiz, həm də assosiasiyalarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir, eyni zamanda iqtisadiyyatlarımızın qlobal maliyyə sistemindəki rolunu artıran vacib platforma kimi çıxış edir".
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













