Zakir Nuriyev: "Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qrupları yaradılmalıdır"
Türk Dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qrupları yaradılmalıdır.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, maliyyə bazarları sahəsində Türk dövlətləri arasında qarşılıqlı inteqrasiyanın gücləndirilməsi məqsədilə oxşar infrastruktur komponentləri, o cümlədən Ani Ödəniş Sistemləri üzrə vahid yanaşmaların tətbiqi əlverişli imkanlar yarada bilər: "Eyni zamanda, innovativ həllərin və texnologiyaların maliyyə bazarlarına daha çevik və effektiv şəkildə inteqrasiyası üçün tənzimləyici "sandbox" rejimində iştirak edən təşkilatların qarşılıqlı tanınması təcrübəsinin tətbiqi məqsədəuyğun hesab olunur. Regional səviyyədə infrastruktur komponentləri üzrə qarşılıqlı uyğunlaşmanın təmin edilməsi məqsədilə Mərkəzi Bankların, eləcə də sahə üzrə aparıcı ekspertlərin iştirakı ilə birgə İşçi Qruplarının yaradılması vacibdir".
O qeyd edib ki, bu işçi qrupları çərçivəsində qlobal maliyyə inteqrasiyası tendensiyaları birgə təhlil edilməli, həmçinin Türk Dövlətlərinin bu prosesə hazırlıq səviyyəsi sistemli şəkildə qiymətləndirilməlidir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













