Çili yığmasının kapitanı: Azərbaycan Çövkən üzrə Dünya Çempionatının əsas favoritidir
Far.Az xəbər saytı

Çili yığmasının kapitanı: Azərbaycan Çövkən üzrə Dünya Çempionatının əsas favoritidir


Çövkənin böyük gələcəyi var, çünki bu idman növü fəal şəkildə inkişaf edir və dünyanın müxtəlif bölgələrindən getdikcə daha çox tərəfdar cəlb edir.

Bu barədə "Far.Az"a Çilinin çövkən yığmasının kapitanı Eduardo Eçem (Eduardo Hechem) bildirib.

Çili yığması Azərbaycanda keçirilən Çövkən üzrə II Dünya Çempionatının iştirakçılarından biridir.

"Hesab edirəm ki, bu gün çövkən Asiya və Afrikada fəal inkişaf edir, həmçinin dünyanın digər qitələrində də tədricən populyarlıq qazanır. Bu idman növünün böyük gələcəyi var. O, təkcə yarış baxımından yox, həm də xüsusi atmosferi sayəsində çox maraqlıdır. Burada komandalar arasında əsl qardaşlıq ruhu hiss olunur. İdman rəqabətindən əlavə, dostluq və qarşılıqlı hörmət hökm sürür. Bu isə məncə, bu idman növünün daha da sürətlə inkişaf etməsinə kömək edəcək", - o qeyd edib.

Turnirin Bakıda təşkilindən bəhs edən E.Eçem, onun səviyyəsini yüksək qiymətləndirib: "Hər şey çox yüksək səviyyədə təşkil olunub. Bizi sadəcə olaraq çox yaxşı qarşıladılar və qəbul etdilər. Düzünü desəm, hər şey gözləntilərimizi üstələdi. Təşkilatçılar və yerli sakinlər tərəfindən daim səmimi və qonaqpərvər münasibət hiss edirik".

E.Eçem, həmçinin qeyd edib ki, onun komandası üçün Çövkən üzrə Dünya Çempionatında iştirak etmək ilk belə təcrübə olub:

"Bizim çox yaxşı komandamız var. Bir-birimizi çoxdandır tanıyırıq. Çünki Çilidə uzun illərdir birlikdə oynayırıq. Biz əsasən çövkən deyil, polo oynamışıq. Çövkən yarışlarında iştirak etmək bizim üçün ilk təcrübədir. Lakin uzlaşma və qarşılıqlı anlaşma sayəsində digər yığmalara qarşı mübarizə aparmaq bizim üçün daha asan olacaq".

Turnirin favoritləri ilə bağlı sualı cavablandıran Çili yığmasının kapitanı, qələbəyə əsas namizəd kimi Azərbaycan yığmasının adını çəkib:

"Düşünürəm ki, əsas favorit Azərbaycan yığmasıdır. Bu gün biz məhz onlarla oynamalıyıq. Bu, çox güclü komandadır. Oyunçular öz atlarını çox yaxşı tanıyırlar, doğma arenada çıxış edirlər və artıq uzun müddətdir birlikdə oynayırlar. Buna görə də, mənim fikrimcə, turnirdə qələbə qazanmaq üçün ən yüksək şans məhz Azərbaycan yığmasındadır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər