Vüqar Bayramov: "Avropa Liqasında istədiyimiz oyunu nümayiş etdirə bilmədik"
Far.Az xəbər saytı

Vüqar Bayramov: "Avropa Liqasında istədiyimiz oyunu nümayiş etdirə bilmədik"


Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında istədiyi oyunu nümayiş etdirə bilməyib.

"Far.Az" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu barədə komandanın kapitanı Vüqar Bayramov deyib.

O, ilk iki oyunda ciddi çətinliklərlə üzləşdiklərini söyləyib:

"İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boy, həm də fiziki cəhətdən üstün olmaları idi. Bununla belə, qarşıda bizi daha 4 vacib oyun gözləyir. Hazırda səhvləri və çatışmazlıqları diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcəyik, daha keyfiyyətli voleybol nümayiş etdirəcəyik və komandanın əsl potensialını ortaya qoya biləcəyik".

Qeyd edək ki, komanda Avropa Liqasında keçirdiyi ilk iki matçda Yunanıstan və İsveçə 0:3 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa Liqasının hazırlığına start verib
Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər