NTD klubunun baş məşqçisi: "Qalib gəlsəydik, hər şeydən razı qalardım"
Qalib gəlsəydik, hər şeydən razı qalardım.
"Report"un məlumatına görə, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının II turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlub olduqları görüş barədə danışıb:
"Qarşılaşmaya böyük istəklə çıxdıq. Əslində çox şeydən razı qaldım. Matçda sürət var idi, müdafiədə də yaxşı çıxış etdik. 45 dəqiqə ərzində rəqibə cəmi 72 xal verdik. Ən böyük problem sərbəst atışlar idi. 9 qeyri dəqiq atış yerinə yetirdik. Rəqibin yalnız iki səhvi oldu. Bir xal fərqi ilə uduzduq. Belə oyunda bu qədər səhv etmək olmaz. Qalib gələ bilərdik. Ümumi görüşdən razıyam, yalnız hesab məni razı salmır. Qalib gəlsəydik, hər şeydən məmnun olardım".
Qeyd edək ki, "Naxçıvan" - NTD qarşılaşması birincilərin 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Naxçıvan"ın baş məşqçisi: "Bugünkü qələbə məni xoşbəxt etmədi"
NTD-nin baş məşqçisi: "Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq"
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır













