AZANS direktoru: "Azərbaycan üzərindən mayın 9-da 1 000-dən çox uçuş olub"
"Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) mayın 9-da rekord həddə – 1 062 uçuşa xidmət göstərib.
"Report" xəbər verir ki, bunu AZANS-ın direktoru Fərxan Quliyev "Aviation Week" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan aviaşirkətlər üçün Avropa ilə Asiya arasında fəaliyyət göstərməyə imkan verən mühüm hava dəhlizinə çevrilib: "Bu ilin mart ayında tranzit uçuşlar gündəlik sayı orta hesabla 810-a qədər artıb. Yaxın Şərq böhranı başlayandan bəri 60-dan çox yeni aviaşirkət ölkənin hava məkanından istifadə etməyə başlayıb. AZANS 2021-ci ildə 47 min 65 tranzit uçuşa xidmət göstərmişdisə, 2025-ci ildə bu rəqəm 261 min 85-ə yüksəlib".
F.Quliyev qeyd edib ki, Ukrayna Uçuş Məlumat Bölgəsinin (FIR) və Rusiya hava məkanının müəyyən hissələrinin bağlanması, sanksiyalar səbəbindən aviaşirkətlərin Rusiya hava məkanından yayınması və Yaxın Şərq böhranı AZANS-ın çevik addımlar atılmasını tələb edib: "Trafik Avrasiya boyunca yenidən yönləndirildikcə, bu, Azərbaycan FIR-ını əsas alternativ dəhliz qismində mövqeləndirib. Ötürücülük qabiliyyətini artırmaq üçün hava məkanının strukturuna dəyişikliklər edilib, yeni hava hərəkəti sektorları əlavə olunub, hava hərəkətinin idarə olunması sistemlərinə investisiya yatırılıb. Azərbaycan qlobal bağlılığın təmin edilməsində öz məsuliyyətinin vacibliyini dərk edir, bu gün bu vəzifəni yerinə yetirməyə tam sadiqdir".
O vurğulayıb ki, Çin, Mərkəzi Asiya və Hindistanı Avropa ilə birləşdirən yeni yaradılmış dəhlizlər aviaşirkətlər üçün çox səmərəlidir və Şərq-Qərb istiqamətində trafikə tələbat artdıqca mühüm əhəmiyyət kəsb edəcək: "Bu hava dəhlizi boyunca yerləşən dövlətlərlə əməkdaşlıq şəraitində hava axınının idarə edilməsi sistemi tətbiq olunarsa, Azərbaycan FIR-ının ötürücülük qabiliyyəti daha da artacaq. Hazırda müzakirə mərhələsində olan bu addım saatlıq hərəkət sayını hazırkı 250-dən 300-ə çatdıra bilər".
Oxşar xəbərlər
"Airspace World 2026": AZANS bir sıra beynəlxalq şirkətlərlə yeni təşəbbüslər elan edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
AZANS qlobal aviasiya platformasında strateji razılaşmalar əldə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Lixtenşteyn millisinin futbolçusu Alesio: "Bakıda yaxşı nəticə qazanmaq istəyirik"













