Rəşad Məcid: Qlobal platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir
Dünyada fəaliyyət göstərən platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir.
"Far.Az" xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsinin ictimai müzakirəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bir çoxları layihənin mahiyyətini düzgün anlamır:
"Bu məsələyə diqqət çox vacib və lazımlıdır. Çünki burada bizim uşaqların sosial şəbəkələrdən istifadə məsələsi gündəmdədir və belə bir qanunda nəzərdə tutulur ki, gələcəkdə 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulsun. Bununla bağlı, əlbəttə ki, dünyada fəaliyyət göstərən böyük şirkətlərin, platforma provayderlərinin Azərbaycanda nümayəndəliklərinin açılması vacibdir".
R.Məcid onu da bildirib ki, sözügedən qanun ictimaiyyət tərəfindən də yaxşı qarşılanıb:
"Güman edirəm ki, qanun qəbul olunduqdan sonra dünyada fəaliyyət göstərən böyük şirkətlər, böyük platforma provayderləri Azərbaycanda fəaliyyət göstərəcəklər, nümayəndəlik açacaqlar. Bunun da nəticəsində, xüsusən uşaqların zərərli təsirlərdən qorunması məsələsində məsuliyyət hissi onların da hüquqi baxımdan üzərinə düşəcək".
YENİLƏNİR
Oxşar xəbərlər
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













