Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
Far.Az xəbər saytı

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub


Azərbaycanın 17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalarının 2026/2027 mövsümü üzrə Avropa çempionatının I mərhələsindəki rəqibləri müəyyənləşib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Matçların keçiriləcəyi ölkələr və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Oxşar xəbərlər

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər