Zeynal Nağdəliyev Dövlət Proqramının icrası üçün qurumlararası koordinasiyanı gücləndirməyə çağırıb
Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, suvarma və enerji təchizatının təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi yalnız bütün icraçı strukturların əlaqəli şəkildə işləməsi sayəsində reallaşa bilər.
"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr edilmiş regional müşavirədə bildirib.
"Müasir suvarma texnologiyalarının tətbiqi, təsərrüfatdaxili suvarma infrastrukturunun təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, eləcə də su istifadəsi sahəsində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi xüsusi önəm daşıyır", - Z. Nağdəliyev qeyd edib.
Onun fikrincə, su və torpaq ehtiyatlarından effektiv istifadə dövlət proqramının başlıca prioritetləri sırasındadır:
"Bu gün müşavirədə iştirak edən icra hakimiyyəti rəhbərləri, sahibkarlar və iri fermer təsərrüfatlarının təmsilçiləri dövlət proqramından doğan aşağıdakı tapşırıqların yerinə yetirilməsinə xüsusi diqqət göstərməlidirlər.
Mən xüsusilə icra hakimiyyəti başçılarına müraciət edərək demək istəyirəm ki, hörmətli həmkarlar, dövlət proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar sektorda əsas istiqamətlər üzrə hədəfləri, hədəf göstəricilərini və nəticə indikatorlarını təyin edərək, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının işlənib hazırlanmasını təmin etməlisiniz. Bu, 2026-2030-cu illər üçün dövlət proqramının əsasında olmalıdır, eyni zamanda dövlət proqramı sizin inkişaf və perspektiv planlarınızın bazasını formalaşdırmalıdır".
Z. Nağdəliyev həmçinin vurğulayıb ki, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbar təsisatlarının qurulması, müasir suvarma sistemlərinin geniş miqyasda tətbiqi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır:
"İlk növbədə bunlar sizin həmin perspektiv planlarınızda əks olunmalıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, dövlət proqramının icrası ilə əlaqədar təşkilati işlərin aparılmasında əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün təsisatların, yəni mərkəzi icra hakimiyyətlərinin yerlərdəki bütün qurumlarının fəaliyyətini koordinasiya etmək öhdəliyi ilə sizin üzərinizə düşən ən mühüm vəzifədir".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Yunus Sadıqov: "Dövlət Proqramı meyvə-tərəvəz sektorunu yeni inkişaf modelinə keçirəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb













