Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir"
Far.Az xəbər saytı

Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir"


Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir.

"Far.Az" xəbər verir ki, bunu Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə köç mərhələli şəkildə həyata keçirilir və dayanıqlı məskunlaşma işləri icra olunur: "Dövlət investisiyalar yatırır, layihələr mərhələli şəkildə həyata keçirilir, yol infrastrukturu, binalar və kommunikasiya xətləri inşa olunur. Özəl sektor da həmin ərazilərdə böyük işlər görür. Müxtəlif şirkətlər yaşayış binaları və digər obyektlər tikir, fərqli sahələrə investisiyalar yatırır. Bu, dövlətin investisiya yükünün azalmasına və iqtisadi fəallığın daha da artmasına gətirib çıxarır".

"Köçlə yanaşı, həmin ərazilərdə məşğulluğu da təmin etməliyik. Müxtəlif obyektlərin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına şərait yaradır. Kəlbəcər şəhərində 162 ailə məskunlaşıb. Rayona növbəti köçün olacağı Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir. İşlər başa çatdıqdan sonra köç başlayacaq və kəndin əzəli sakinləri doğma yurdlarına qayıdaraq orada yaşayacaq və çalışacaq", - deyə xüsusi nümayəndə əlavə edib.

Oxşar xəbərlər

İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər