Dünya Bankının rəhbəri iş yerlərinin yaradılmasını əsas prioritet adlandırıb
Far.Az xəbər saytı

Dünya Bankının rəhbəri iş yerlərinin yaradılmasını əsas prioritet adlandırıb


Dünya Bankı (DB) qarşıdakı 15 ildə yetkinlik yaşına çatacaq 1,2 milyard gəncin gələcəyini təmin etmək məqsədilə fəaliyyətini iş yerlərinin yaradılmasına yönəldib.

Report xəbər verir ki, bunu Dünya Bankının prezidenti Acay Banqa Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının Banqkokda keçirilən payız sessiyasında bildirib.

"Qarşıdakı 15 ildə 1,2 milyard gəncin 18 yaşı tamam olacaq. Onların böyüdükləri dövrdə təmiz hava və suya, səhiyyə xidmətlərinə, təhsilə və peşə bacarıqlarına çıxışı təmin edilərsə, bu, böyük demoqrafik üstünlüyə çevrilə bilər. Yetkinlik yaşına çatdıqda onlar cəmiyyətə fayda vermək və onun məhsuldar üzvlərinə çevrilmək imkanına malik olmalıdırlar", – deyə Banqa qeyd edib.

Dünya Bankının rəhbəri vurğulayıb ki, təşkilatın həyata keçirdiyi bütün infrastruktur layihələri – yolların tikintisindən məktəb və tibb müəssisələrinin açılmasına qədər – artıq iş yerlərinin yaradılması baxımından qiymətləndirilir.

O, bu yanaşmanın uğurlu nümunəsi kimi Sinqapuru göstərib. Banqa özəl kapitalın roluna da diqqət çəkib.

"Hökumətlər lazımi şərait yaradır, hər bir ölkədə iş yerlərinin 75-85 faizi isə özəl sektor tərəfindən yaradılır. Bizim də məqsədimiz məhz budur", – deyə o əlavə edib.

İnkişaf etməkdə olan bazarlarda süni intellektin (Sİ) rolu ilə bağlı suala cavab verən Dünya Bankının prezidenti praktik həllərin tətbiqinə diqqət yetirilməli olduğunu bildirib.

Onun sözlərinə görə, söhbət məktəblərin, səhiyyə sistemlərinin və kənd təsərrüfatının məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra biləcək tətbiqlərdən gedir.

Banqa süni intellektin inkişaf etməkdə olan bazarlarda insanları iş yerlərindən məhrum edə biləcəyi ilə bağlı narahatlıqların əsaslı olduğunu da etiraf edib. O, belə bir ssenarini "mümkün, lakin hələ sübuta yetirilməmiş" hal kimi qiymətləndirib.

Dünya Bankının prezidentinin fikrincə, "kiçik süni intellekt" adlandırılan texnologiyaların tətbiqi ilk növbədə məhsuldarlığın artırılmasına xidmət etməlidir.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər