Mehr: Tehran Vaşinqtondan 300 milyard dollarlıq bərpa planı istəyir
Far.Az xəbər saytı

Mehr: Tehran Vaşinqtondan 300 milyard dollarlıq bərpa planı istəyir


İran və ABŞ arasında 14 bənddən ibarət anlaşma memorandumu layihəsi nüvə güzəştləri müqabilində atəşkəs, sanksiyaların aradan qaldırılması və İranın aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutur.

"Far.Az"un Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə sənədin mətnində deyilir.

Sənəd həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin tam və dərhal dayandırılması; 30 gün ərzində dəniz blokadasının tam aradan qaldırılması; İranla razılaşmalar nəzərə alınmaqla bu müddət ərzində Hörmüz boğazının fəaliyyətinin bərpası kimi bəndləri əhatə edir.

Bundan əlavə, İran tərəfi ABŞ-dən və onun müttəfiqlərindən İranın bərpası üçün ən azı 300 milyard dollar məbləğində bərpa planının təqdim edilməsini, 60 gün ərzində nüvə məsələləri üzrə yekun razılaşmaya nail olunmasını, bütün sanksiyaların, eləcə də BMT Təhlükəsizlik Şurasının və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İdarə Heyətinin qətnamələrinin tamamilə ləğv edilməsini istəyir.

Eyni zamanda bunun üçün danışıqlar aparılmalı, 60 günlük yekun danışıqlar dövründə İranın 24 milyard dollar məbləğində vəsaiti blokdan çıxarılmalı, məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İrana təqdim edilməlidir və s.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər