MM Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib
Far.Az xəbər saytı

MM Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib


Milli Məclis Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsini təsdiqləyib.

Far.Az report istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən səfirlik Lissabon şəhərində yerləşəcək.

Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycanla Portuqaliya münasibətləri dostluq əlaqələri üzərində qurulub:

"Azərbaycanın Lissabonda səfirliyinin açılması iki ölkə arasında əlaqələrə ciddi töhfələr verəcək. Bu eyni zamanda parlamentlərarası münasibətə də təkan verəcək".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib:

"Bu yaxınlarda Portuqaliyanın da Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq".

Müzakirələrdən sonra layihə bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər