Azərbaycanda yaylaq ehtiyatlarının məhdudluğu bəzi fermerlər üçün problemlər yaradır
Yaylaq sahələrinin məhdudluğu səbəbindən bəzi fermerlər bu istiqamətdə çətinliklərlə üzləşirlər.
"Far.Az"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş regional müşavirədə fermerlərdən birinin yaylaq əraziləri ilə bağlı qaldırdığı problemə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, fermerlərə yaylaq sahələrinin ayrılması üçün xüsusi portal sistemi fəaliyyət göstərir:
"Fermerlər portala müraciət etdikdən sonra Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə qiymətləndirmə aparılır və onlara uyğun ərazilər təklif edilir. Təəssüf ki, bəzi hallarda fermerlər təklif olunan sahələri qəbul etməyərək başqa ərazilər istəyirlər. Bu isə prosesin uzanmasına səbəb olur. Digər tərəfdən, ölkədə yaylaq ehtiyatlarımız o qədər də kifayət qədər deyil və ona görə də bu istiqamətdə müəyyən bir problemlər yaşaya bilirik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi













