Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib
Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FİS) ali qərarverici platforması olan Beynəlxalq Xizək Konqresinin 57-ci iclası keçirilib.
"Far.Az" xəbər verir ki, iki ildən bir təşkil olunan tədbirdə 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə iştirak edib.
Konqresdə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev, federasiyanın vitse-prezidenti Florian Senqstşmid və baş katib Günel Bədəlova iştirak ediblər.
Konqres çərçivəsində Aleksandr Oşpelt Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti seçilib. Eyni zamanda, təşkilatın 18 nəfərdən ibarət yeni Şurasının tərkibi formalaşdırılıb.
Tədbir zamanı FİS-in gələcək fəaliyyət istiqamətləri, strateji prioritetləri, eləcə də qış idman növlərinin inkişafına dair mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Xatırladaq ki, ötən il Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, həmçinin Azərbaycanın nüfuzlu beynəlxalq qış idman yarışlarına ev sahibliyi imkanlarının genişləndirilməsi məqsədilə 5 illik tərəfdaşlıq müqaviləsi imzalanıb.
Saziş çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün daha cəlbedici qış turizmi məkanına çevrilməsi, eləcə də "Şahdağ" Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili istiqamətində birgə əməkdaşlıq nəzərdə tutulur.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













