AMB: Maliyyə sektorunda ən dinamik inkişaf BOKT-larda müşahidə edilir
Son illər Azərbaycanın maliyyə sektorunda ən ən sürətli inkişaf dinamikası bank olmayan kredit təşklatlarında (BOKT) müşahidə edilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"BOKT-ların aktivləri ilin əvvəlinə nisbətən 30 % artaraq bu il oktyabrın 1-nə 980 milyon manata çatıb. Biz ilin sonunda bu rəqəmin 1 milyard manatı keçəcəyini gözləyirik. Eyni dövrdə bank sektorunun aktivləri 3,4 %, sığorta sektorunun aktivləri isə 8 % artıb. BOKT-ların sürətlə böyüməsi bir tərəfdən bu sahənin potensial inkişafını, digər tərəfdən isə bu sahədə risklərin idarə edilməsi mövzusunun aktuallığını ortaya qoyur", - deyə o qeyd edib.
"Mikromaliyyə təşkilatlarının maliyyə sektorunda payı az olduğu üçün bu təşkilatları maliyyə sabitliyi baxımından risk amili kimi qiymətləndirmirik. Amma onların özünə məxsus fəaliyyəti müxtəlif çoxşaxəli risklərə məruz qalmasını şərtləndirir. Bu risklər içində ən böyüyü maliyyə-kredit riskidir", - deyə AMB rəsmisi əlavə edib.
"Mikromaliyyə təşkilatlarında risklərin idarə edilməsində zəruri məsələlərdən biri korporativ idarəetmə və daxili nəzarət sistemlərinin gücləndirilməsidir. Həmçinin əməliyyat riskləri və kiber risklərlə bağlı texnoloji infrastrukturun gücləndirilməsi, rəqəmsallaşmanın artırılması öz müsbət töhfəsini verəcək. Bundan başqa, kredit riskləri ilə bağlı məsələlərdə mikromaliyyə təşkilatları düzgün diversifikasiyaya çalışmalı, hazırda müxtəlif ölkələrdə uğurlu mikromaliyyə təcrübəsi kimi ortaya çıxan data əsaslı qiymətləndirmə və qərarvermə sistemlərini tətbiq etməlidir. Bunlar da risklərin idarə edilməsinə və azaldılmasına öz töhfəsini verəcək", - deyə A.Həsənov vurğulayıb.
Oxşar xəbərlər
Mərkəzi Bank bir neçə BOKT-un vəzifəli şəxsini cərimələyib
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
Sahibkarlığın İnkişafı Fondu verdiyi kreditlərin ümumi məbləğini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













